"Real"ın qapıçısı Tibo Kurtua La Liqanın ləğv edilməsi ehtimalına münasibət bildirib. Matc.az xəbər verir ki, belçikalı futbolçu bu halda "Barselona"nın erkən çempion elan edilməsini doğru saymır:

"Hazırda əsas rəqibimizdən iki xal geridəyik. "El Klasiko"da onları məğlub edərək güclü olduğumuzu sübut etdik. Bu səbəbdən də "Barselona"nın çempion elan edilməsi ədalətsizlik olar".

Qeyd edək ki, "Barselona" "Real"ı iki xal  qabaqlayaraq turnir cədvəlinə başçııq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest