Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Almaniya Bundesliqasının bərpa vaxtı rəsmən açıqlanıb.
 
Matc.az xəbər verir ki, Almaniya hökuməti çempionat oyunlarının mayın ikinci həftəsindən sonra bərpasına icazə verib.
 
Liqanın dəqiq bərpa və bitmə tarixləri barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.
 
Qeyd edək ki, Bundesliqa martın 8-də dayandırılıb. çempionat 26-cı turun oyunları ilə davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest