Fransa çempionu PSJ koronavirusla mübarizə çərçivəsində daha bir yardım kampaniyasına qoşulub.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi "Aclığa qarşı fəaliyyət" adlı beynəlxalq yardım kampaniyasına 100 min avroluq yardım edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paris təmsilçisinin sahibi Nasser El-Xelaifi də klub saytına bununla bağlı açıqlama verib:
 
"Bu çətin dönəmdə aclığa qarşı fəaliyyət göstərənlərin gördükləri işlər daha önəmlidi. İki ildi birgə çalışırıq. Onları belə bir zamanda dəstəkləmək bizim borcumuzdu. Yardımın Fransa ilə yanaşı, Afrika, Asiya və Orta Şərqdəki ehtiyacı olanlara faydalı olacağına inanıram".
 
Xatırladaq ki, PSJ koronavirus pandemiyası yayılandan bəri başqa yardım kampaniyalarına da müxtəlif məbləğlərdə dəstək nümayiş etdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest