Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub.
 
Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən "Fənərbaxça" autsayder "Kayserispor"u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider "Trabzonspor" isə İzmir səfərində "Göztəpə" ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.
 
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
 
Türkiyə Super Liqası
27-ci tur
12 iyun
 
Fənərbaxça – Kayserispor 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.
 
Göztəpə – Trabzonspor 1:3
Qol: A.öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.
 
13 iyun
 
19:30 Başakşəhər – Alanyaspor
22:00 Beşiktaş – Antalyaspor
22:00 Yeni Malatyaspor – Kasımpaşa
 
14 iyun
 
19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray
 
15 iyun
 
22:00 Sivasspor – Dənizlispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest