Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
"Beşiktaş" doğma meydanda "Antalyaspor"a, "Yeni Malatyaspor" isə "Kasımpaşa"ya məğlub olub.
 
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Başakşəhər" bu turda "Alanyaspor"la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.
 
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
 
Türkiyə Super Liqası
27-ci tur
12 iyun
 
Fənərbaxça – Kayserispor 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.
 
Göztəpə – Trabzonspor 1:3
Qol: A.öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.
 
13 iyun
 
Başakşəhər – Alanyaspor 2:0
Qol: M.Tekdemir, 64. Vişça, 79-pen.
 
Beşiktaş – Antalyaspor 1:2
Qol: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.
 
Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol: Donald, 45+3 – Thiam, 61; 67.
 
14 iyun
 
19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray
 
15 iyun
 
22:00 Sivasspor – Dənizlispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest