Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils" də növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Yelqava" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
İki turdan sonra xalsız olan "Dauqavpils" 10 kollektiv arasında 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest