Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
"Aleksandriya" 27 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest