PSJ-nin iki futbolçusu – Edinson Kavani və Tomas Munye Paris klubunun çempionlar Liqasındakı matçlarında iştirak etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu iyunun 30-na qədər olan müqavilələrini yeniləməyəcək və klubu tərk edəcəklər.
 
UEFA, klublara futbolçuların iyunda bitən müqavilələrinin daha bir aylıq uzadılmasıyla bağlı müraciət etmişdi. Ancaq Kavani və Munye PSJ-də qalmaq istəmir və iyulun 1-də komandanı tərk edəcəklər.
 
PSJ çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest