Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq sözügedən klub son olaraq İtaliyanın SPAL klubunun uğurları üçün çalışmış Ervin Zukanoviçi transfer edib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Bosniya və Herseqovinadan olan 33 yaşlı müdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
ölkəsinin yığmasında 38 oyuna çıxmış Zukanoviç, karyerası ərzində Belçikanın "Gent", İtaliyanın "Roma", "Sampdoriya, "Atalanta", "Cenoa" və Səudiyyə Ərəbistanının "Əl Əhli" klublarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest