Argentina millisinin kapitanı Lionel Messi XXI əsrdə qol+pas sisteminə əsasən 1250 xal toplayan ilk futbolçu olub. Matc.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-də “Nyu York Red Bullz”la oyunda rekorda imza atıb.

Komandasının 6:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Messi 1 qol vurub, 5 qolun məhsuldar ötürməsini verib. Dünya çempionu ümumilikdə karyerası ərzində 1080 oyun keçirib, 839 qol vurub, 411 assist edib.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami”yə ötən yay keçib. O, bu müddətdə bütün turnirlərdə 24 matçda 22 qol vurub, 11 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest