PSJ-nin yarımmüdafiəçisi Renato Sançesin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, hazırda icarə əsasında “Roma”da çıxış edən portuqaliyalı orta sahə oyunçusu mövsümün sonunda “canavarlar”la vidalaşacaq.

İtalyanlar yayda 26 yaşlı futbolçunu 15 milyon avro müqabilində transfer etmək hüququna malikdi. Lakin “Roma” rəhbərliyi bu variantı dəyərləndirməmək qərarına gəlib. Bu da o deməkdi ki, Sançes mövsümün sonunda PSJ-yə qayıdacaq. Paris təmsilçisi isə onu satmağı planlaşdırır.

Qeyd edək ki, Avropa çempionu cari mövsüm 12 oyunda 1 qol vurub. O, müxtəlif zədələr və səhhətindəki problemlər səbəbindən 22 matçı buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest