Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik ikinci dəfə “Bavariya”ya rəhbərlik edə bilər. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis münhenlilərdə mümkün təyinata açıqdı.

O, Bundesliqa nəhənginin sükanı arxasına keçməyə müsbət yanaşır. “Bavariya” Fliklə indiyə qədər birbaşa əlaqə saxlamayıb. Lakin niderlandlı Erik ten Haqın namizədliyi rədd edildikdən sonra o, baş məşqçi postuna favorit sayılır.

Qeyd edək ki, Hans-Diter Flik 2019-cu ilin noyabrından 2021-ci ilin iyununa kimi “Bavariya”ya rəhbərlik edib. Münhen klubunun hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollar ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest