25 Sentyabr 2020, 01:57
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.
Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.
Matc.az xəbər verir ki, 3-cü təsnifat mərhələsi başa çatdıqdan sonra qrup mərhələsinə son 21 vəsiqəyə iddialıların tam siyahısı bəlli olub.
Bu komandalar oktyabrın 1-də baş tutacaq pley-offda 21 cüt təşkil edəcək.
Azərbaycan çempionu "Qarabağ"ın rəqibi "Legiya" olacaq. Təmsilçimiz bu matçı Polşada keçirəcək.
Pley-offda mübarizə aparacaq yeganə Türkiyə təmsilçisi "Qalatasaray" Şotlandiya "Reyncers"i ilə görüşəcək. Bu qarşılaşma Qlazqoda baş tutacaq.
Avropa Liqası
Pley-off
1 oktyabr
Yanq Boyz (İsveçrə) - Tirana (Albaniya)
Dinamo (Xorvatiya) - Flora (Estoniya)
çFR (Rumıniya) - Kuopio (Finlandiya)
Ararat (Ermənistan) - Srvena Zvezda (Serbiya)
Dinamo (Brest, Belarus) - Ludoqorets (Bolqarıstan)
Sarayevo (Bosniya və Herseqovina) - Seltik (Şotlandiya)
Legiya (Polşa) - Qarabağ (Azərbaycan)
Dandalk (İrlandiya) - Klaksvik (Farer adaları)
Hapoel (Beer-Şeva, İsrail) - Viktoriya (Plzen, çexiya)
Bazel (İsveçrə) - çSKA (Sofiya, Bolqarıstan)
Rio Ave (Portuqaliya) - Milan (İtaliya)
Rusenborq (Norveç) – PSV (Niderland)
Sportinq (Portuqaliya) - LASK (Avstriya)
Kopenhagen (Danimarka) - Riyeka (Xorvatiya)
AEK (Yunanıstan) - Volfsburq (Almaniya)
Şarlerua (Belçika) - Lex (Polşa)
Malmö (İsveç) - Qranada (İspaniya)
Tottenhem (İngiltərə) - Makkabi (Hayfa, İsrail)
Slovan (çexiya) - APOEL (Kipr)
Standard" (Belçika) - Fehervar (Macarıstan)
Reyncers (Şotlandiya) - Qalatasaray (Türkiyə)