"Barselona"nın və İspaniya millisinin hücumçusu Ferran Torres karyerasını "Tottenhem"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" idman nəşri məlumat yayıb.
Bildirilir ki, "Tottenhem" yeni mövsüm üçün hücumçu axtarışlarını davam etdirir. İngilis klubu Eli Junior Krupinin keçidində maraqlı olsalar da, "Bornmut" hücumçusunun ciddi zədə alması səbəbindən onun namizədliyindən imtina ediblər.
İndi isə bu yay böyük ehtimalla "Barselona"nı tərk edəcək Ferran Torres "Tottenhem"in maraq dairəsinə düşüb. Hücumçu üçün əsas namizəd isə ispan futbolçu ilə artıq şəxsi müqaviləni razılaşdıran PSJ klubudur.
Ötən mövsüm Torres "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 49 matçda 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir, onun klubu ilə müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.













