01 Avqust 2026, 11:20
FUTBOL
"Ayaks" 29 yaşlı almaniyalı yarımmüdafiəçi Yulian Brandtı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmır.
Oyunçunun əvvəlki klubu cari il iyunun 30-da azad agent statusu ilə tərk etdiyi Dortmund "Borussiya"sı olub.
2025/26 mövsümündə yarımmüdafiəçi klubun heyətində 41 matçda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.













