"Şamaxı" yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

"Şamaxı" yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir. Bölgə təmsilçisi "transfer pəncərəsi"ndə növbəti addımını ataraq rəsmi müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komanda cinah yarımmüdafiəçisi Ayman Boualini heyətinə qatıb. 26 yaşlı mərakeşli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Boualinin son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Zaid" klubu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest