"Qarabağ" bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə səfərdə qarşılaşacaq.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirdəki mübarizəsini davam etdirmək və növbəti mərhələyə vəsiqə qazanmaq üçün meydana çıxacaq.
İlk oyundakı nəticədən sonra Ağdam təmsilçisi Sofiyada uğurlu nəticə qazanaraq azarkeşlərini sevindirməyə çalışacaq.
Sofiyadakı həlledici qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
22:00. ÇSKA – "Qarabağ"
(İlk oyun - 0:0)
Baş hakim: Bram Van Drişşe
Baş hakimin köməkçiləri: Mişel Seldrayers, İv De Neve
Dördüncü hakim: Kevin Van Damme
VAR: Bert Put
AVAR: Uesli De Kremer
Vasil Levski Milli stadionu (Sofiya)













