Naxçıvan təmsilçisi növbəti sınaq matçında məğlubiyyətlə üzləşib.

Yeni mövsümün hazırlıq prosesini davam etdirən "Araz-Naxçıvan" növbəti yoxlama oyununa çıxıb. Naxçıvan təmsilçisi növbəti sınaq matçında məğlubiyyətlə üzləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan klubu "Şəfa" ilə üz-üzə gəlib. Premyer Liqanın debütantı ilə keçirilən görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra üstünlüyü ələ alan rəqib komanda Naxçıvan təmsilçisinin qapısından 2 top keçirib.

Beləliklə, qarşılaşma "Araz-Naxçıvan"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest