01 Avqust 2026, 11:40
FUTBOL
İngiltərə Futbol Assosiasiyası (FA) London "Çelsi"sinə 10 milyon funt-sterlinq (13,41 milyon dollar) məbləğində cərimə və növbəti iki transfer pəncərəsi ərzində, yəni 2027-ci il iyunun 30-dək yeni oyunçuların qeydiyyatına şərti qadağa qoyub.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, London klubu 74 reqlamentin pozulmasında ittiham olunur. Onların arasında üçüncü tərəflərin qanunsuz investisiyaları şəklində sui-istifadə halları və vasitəçilərlə qeyri-qanuni əməkdaşlıq yer alıb. "Çelsi" 74 hüquq pozuntusunun hamısını etiraf edib.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada ötən mövsümü turnir cədvəlində 10-cu pillədə başa vurub.













