"Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında Belarusun "Dinamo" (Minsk) klubu ilə səfərdə qarşılaşıb.

Matc.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Lakin Bakıda keçirilən ilk görüşdə rəqibinə 2:4 hesabı ilə məğlub olan "ağ-qaralar"a mərhələ adlamaq üçün səfərdə qazanılan minimal hesablı qələbə kifayət etməyib. "Neftçi" avrokuboklardakı çıxışını dayandırmalı olub.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
, cavab oyunu
30 iyul

"Dinamo" – "Neftçi" - 0:1
Qol: Breno Almeyda, 12

(İlk oyun – 4:2)

Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Georgios Argiropulos, Rayan Kelsi
Dördüncü hakim: Şeyn Makqonigl
Beroe stadionu (Stara Zaqora)

"Dinamo": 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vlaadislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen vardanyan
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vlaadislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet
Baş məşqçi: Aleksandr Şaqoyko

"Neftçi": 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno Almeyda, 29. Lyubomir Tupta
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D`Alemyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu
Baş məşqçi: Yuri Vernidub

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest