Futzal üzrə Azərbaycan millisi Dç-2020-nin seçmə mərhələsindəki rəqiblərindən bəziləri ilə əvvəllər də görüşüb. Matç.az saytı xəbər verir ki, yığmamız əsas mərhələdə iştirakı dəqiq olan Slovakiya ilə də, ilkin raundda oynayacaq 8 mümkün rəqibimizdən 3-ü ilə də üz-üzə gəlib.

Digər 5 potensial rəqib isə turu adlasa, ilk dəfə millimizlə görüşəcək. Bunlar G qrupunda yer alan Monteneqro, Bolqarıstan və Estoniya, H qrupunda çıxış edəcək Uels və Şimali İrlandiyadı.

Digər komandalar isə müxtəlif vaxtlarda və fərqli səviyyələrdə millimizlə üz-üzə gəlib. Slovakiya ilə 4 matçda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb.

27.10.1995. Dç seçmə oyunu. Slovakiya – Azərbaycan – 2:0

30.03.2013. Aç seçmə oyunu. Slovakiya – Azərbaycan – 1:2

15.09.2015. Aç pley-offu. Azərbaycan – Slovakiya – 3:1

22.09.2015. Aç pley-offu. Slovakiya – Azərbaycan – 1:1

İlkin mərhələdə oynayacaq Moldova, Finlandiya və Hollandiya da yığmamıza yaxşı tanışdı. Moldova ilə 7 dəfə qarşılaşmışıq. 6 qələbəsi olan millimiz 1 heç-heçə edib ki, həmin görüşün penalti seriyasında rəqib sevinib.

30.03.2004. Yoxlama oyunu. Moldova – Azərbaycan – 1:3

31.03.2004. Yoxlama oyunu. Moldova – Azərbaycan – 4:5

28.01.2009. Yoxlama oyunu. Azərbaycan – Moldova – 4:2

14.02.2013. Beynəlxalq turnir. Azərbaycan – Moldova – 6:1

22.04.2015. Beynəlxalq turnir.  Azərbaycan – Moldova 1:1, pen.0:1

29.03.2017. Yoxlama oyunu. Azərbaycan – Moldova – 6:1

30.03.2017. Yoxlama oyunu. Azərbaycan – Moldova – 3:2

Finlandiya ilə 3 duel baş tutub. Qarşılaşmalar yığmamızın tam üstünlüyü ilə keçib və 3 qələbə yaşanıb.

25.02.2007. Aç seçmə oyunu. Finlandiya – Azərbaycan – 3:8

29.02.2008. Dç seçmə oyunu. Azərbaycan – Finlandiya – 4:2

22.03.2009. Aç seçmə oyunu. Azərbaycan – Finlandiya – 5:1

6 dəfə görüşdüyümüz Hollandiya daha çətin rəqib olub. İlk iki matçda uduzduğumuz rəqibi sonradan iki dəfə yenən millimiz 2 oyunda da heç-heçə edib.

24.10.1995. Dç seçmə oyunu. Hollandiya – Azərbaycan – 3:1

26.10.2000. Aç seçmə oyunu. Hollandiya – Azərbaycan – 4:2

22.02.2007. Aç seçmə oyunu. Hollandiya – Azərbaycan – 4:4

23.09.2007. Beynəlxalq turnir. Hollandiya – Azərbaycan – 3:4 

22.03.2016. Dç pley-offu. Hollandiya – Azərbaycan – 1:5

12.04.2016. Dç pley-offu. Azərbaycan – Hollandiya – 4:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest