Təşkilatçıların məkan seçimində rəmzi məna var: 1956-cı ildə təsis edilən mükafatın ilk qalibi məhz ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuz olub.
Bu gün futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan “Qızıl Top”un 70-ci yubiley təqdimetmə mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq Fransa hüdudlarından kənarda təşkil olunan tədbirə Böyük Britaniyanın paytaxtı London ("London Palladium" zalı) ev sahibliyi edəcək.
Təşkilatçıların məkan seçimində rəmzi məna var: 1956-cı ildə təsis edilən mükafatın ilk qalibi məhz ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuz olub.
Kişilər arasında "Qızıl Top"un sahibi 30 nəfərlik iddialı namizəd siyahısından seçiləcək. Mükafat uğrunda mübarizə aparanlar arasında Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona"), Kilian Mbappe ("Real"), Usman Dembele (PSJ) və Lionel Messi ("İnter Mayami") kimi ulduz futbolçular yer alır.
Qalib FİFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələri təmsil edən nüfuzlu idman jurnalistlərinin səsverməsi əsasında müəyyənləşəcək.













