O, ikinci yarıda təzyiqi artırsalar da, buraxılan ikinci qolun matçın nəticəsini həll etdiyini diqqətə çatdırıb. Rəqibin performansını dəyərləndirən baş məşqçi “Real”ın müdafiədə çox az boşluq verdiyini və topsuz oyunda da effektiv təsir bağışladığını vurğulayıb.
İspaniya La Liqasının 10-cu turunda “Real”a 1:2 hesabı ilə uduzduqları “El-Klasiko”dan sonra “Barselona”nın baş məşqçisi Hansi Flik mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi oyundan məmnun qalmadığını və futbolçuların fiziki baxımdan tam hazır görünmədiyini bildirib.
O, ikinci yarıda təzyiqi artırsalar da, buraxılan ikinci qolun matçın nəticəsini həll etdiyini diqqətə çatdırıb. Rəqibin performansını dəyərləndirən baş məşqçi “Real”ın müdafiədə çox az boşluq verdiyini və topsuz oyunda da effektiv təsir bağışladığını vurğulayıb.
Səfər qrafikinin ağırlığına toxunan Flik “Betis”lə keçirilən çətin Sevilya səfərindən sonra komandanın bərpa olunmaqda çətinlik çəkdiyini qeyd edib.
Bununla belə, o, bu məğlubiyyətin komandada özünəinamı sarsıtmayacağını bildirib. Bu yenilginin daxili çempionatda ilk olduğunu xatırladan mütəxəssis, bundan əvvəl ardıcıl 9 qələbə qazandıqlarını diqqətə çatdırıb.
Hazırda ən böyük narahatlığının heyətdəki zədələr olduğunu vurğulayan Flik matçın müsbət məqamı kimi Frenki de Yonqun zədədən sonra mövsümdə ilk dəqiqələrini keçirməsindən məmnunluğunu ifadə edib.












