UEFA Gənclər Liqasının ikinci mərhələsində “Qarabağ” U-19 və Zaqreb “Dinamo”su U-19 komandaları üz-üzə gələcək.

Matc.az xəbər verir ki, oktyabrın 28-də “Azərsun Arena”da keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

Matçın biletləri bu gün saat 14:00-dan etibarən iTicket.az saytında satışa çıxarılacaq. Biletlərin qiyməti 3 manatdır.

Qeyd edək ki, cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) duelinin qalibi ilə qarşılaşacaq. “Qarabağ” turnirdə Yerli çempionlar yolu, “Sabah” isə Çempionlar Liqası yolu ilə mübarizə aparır.

Mahir Axund

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest