Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda keçiriləcək “Araz-Naxçıvan” – “Uypest” (Macarıstan) matçının hakimləri müəyyənləşib.

Matc.az xəbər verir ki, oktyabrın 27-də Qlivisedəki “Prezero Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Oyunu Fransa və Latviyadan olan hakimlər idarə edəcəklər.

Baş hakim Viktor Chaix (Fransa), digər hakimlər isə Sergey Saçmans və İqor Yaçevic (hər ikisi Latviya) olacaq.

Polşalı Dominik Lorke timekeeper, almaniyalı Sven Eichler hakim-inspektor, ukraynalı Marina Kirilyuk isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest