26 Oktyabr 2026, 11:25
FUTBOL
Premyer Liqanın IX turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar yubileyə təsadüf edib. Matc.az xəbər verir ki, “Sumqayıt”la keçirilən və 3:2 hesablı dramatik qələbə ilə başa çatan ev oyunu təcrübəli mütəxəssisin paytaxt təmsilçisinin “sükanı arxasında” çıxdığı 250-ci qarşılaşma olub.
2020-ci ilin iyul ayından “qartallar”a rəhbərlik edən Rəşad Sadıqovun başçılığı altında komanda bu müddət ərzində sabit oyun nümayiş etdirib. Onun rəhbərliyi dövründə keçirilən 250 rəsmi matçda “Zirə” 112 qələbə qazanıb, 76 dəfə heç-heçə edib və 62 görüşdə məğlub olub.
Bu oyunlarda qapılara ümumilikdə 316 qol vuran komanda qruda 237 top buraxıb (top fərqi: 316-237).
Statistikaya əsasən, baş məşqçinin keçirdiyi 250 matçın turnirlər üzrə bölgüsü belədir:
Azərbaycan Premyer Liqası: 206 oyun
Ölkə Kuboku: 28 oyun
Avrokuboklar: 16 oyun
Xatırladaq ki, Rəşad Sadıqovun "Zirə"də baş məşqçi kimi debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın "Qəbələ" ilə səfər matçına (1:1) təsadüf etmişdi.













