Türkiyənin köklü klublarından olan “Bursaspor” Super Liqaya qayıtmaq yolunda inamla irəliləyir.
 
Matc.az xəbər verir ki, Türkiyə I Liqasında mübarizə aparan Bursa təmsilçisi 12 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir. Komanda 9 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub.
 
2009-2010-cu illər mövsümündə Super Liqanın çempionu olan “Bursaspor” sonrakı illərdə çətin dövr yaşasa da, yenidən yüksək liqalara yüksəlməyi bacarıb.
 
Komandanın ən məhsuldar futbolçusu nigeriyalı hücumçu Keleçi İheanacho olub. O, 16 qolla çempionatın bombardirlər yarışına başçılıq edir.
 
“Bursaspor” azarkeş dəstəyi ilə də diqqət çəkir. Komandanın ev oyunlarında orta hesabla 40 minədək tamaşaçı iştirak edir.
 
Bursa təmsilçisi növbəti matçını oktyabrın 31-də doğma meydanda “Bandırmaspor”a qarşı keçirəcək. Komanda qələbə qazanaraq liderliyini qorumağa çalışacaq.
 
Mahir Axund

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest