Azərbaycan turnirə 14 kişi və 3 qadın 17 cüdoçu ilə qatılacaq. Ölkəmiz kişilərin mübarizəsində 7 çəkidə təmsil olunacaq.

Sabah Macarıstanın paytaxtı Budapeştdə "Böyük Dəbilqə " turniri start götürəcək. Matc.az xəbər verir ki, yarışda dünyanın 69 ölkəsindən 459  – 287 kişi və 172 qadın idmançı mübarizə aparacaq.   

Azərbaycan turnirə  14 kişi və 3 qadın 17 cüdoçu ilə qatılacaq. 

ölkəmiz kişilərin mübarizəsində 7 çəkidə təmsil olunacaq. Belə ki, medallar uğrunda Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Ketsoyev (100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) qüvvəsini sınayacaq.

Qadınların yarışına gəlincə, ölkəmizin şərəfini 48 kq çəki dərəcəsində Aişə Qurbanlı və Leyla Əliyeva, 52 kq çəki dərəcəsində isə Gültac Məmmədəliyeva qoruyacaq.

Artıq yarışın püşkü atılıb və cüdoçularımızın rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

Kəramət Hüseynov – Luka Mxeidze (Fransa)
Davud Məmmədsoy - Vijay Kumar Yadav (Hindistan)

66 kq
Nicat Şıxəlizadə - Villian Lima (Braziliya)/Yarin Menaged (İsrail) cütünün qalibi
Orxan Səfərov – İvo Verhorstert (Niderland)

73 kq
Telman Vəliyev - Georgios Azoidis (Yunanıstan)
Rüstəm Orucov – Anxaya Lavjarqal (Monqolustan

81 kq
Murad Fətiyev – Gilyerme Şmidt (Braziliya)
Hidayət Heydərov – İvaylo İvanov (Bolqarıstan)

90 kq
Məmmədəli Mehdiyev – Farux Bulekulov (Qırğızıstan)/Conatas Paçer (Avstriya) cütünün qalibi
Rüfət İsmayılov – Rafael Maçedo (Braziliya)

100 kq
Elmar Qasımov – Peter Kordeli (Macarıstan)/Mert Şişmanlar (Türkiyə) cütünün qalibi
Zelim Kotsoyev – Alibek Serikbayev (Qazaxıstan)/Munqxbayar Battoqtox (Monqolustan) cütünün qalibi

+100 kq
Uşangi Kokauri – Cemal Erdoğan (Türkiyə)
Camal Feyziyev – Harun Sadikoviç (Bosniya və Herseqovina)

Qadınlar

48 kq
Aişə Qurbanlı – Şirin Boukli (Fransa)
Leyla Əliyeva – Luka Mamira (Macarıstan)

52 kq
Gültac Məmmədəliyeva – Qal-Od Tserentoqxod (Monqolustan)

Qeyd edək ki, turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazanacaqlar. "Böyük Dəbilqə"yə oktyabrın 15də yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest