14 Dekabr 2018, 21:31
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında qrup mərhələsinin VI turunun ən yaxşı qolu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Barselona"nın futbolçusu Usman Dembele mükafatın sahibi olub.
Onun "Tottenhem"lə görüşdə vurduğu top turun ən yaxşısı seçilib. Dembele azarkeşlər arasında keçirilən səsvermədə Leroy Sanenin (Mançester Siti) "Hoffenhaym", Nabil Fekirin (Lion) "Şaxtyor"un, Paulo Dibalanın (Yuventus) "Yanq Boyz"un qapısından keçirdiyi qolları arxada qoyub.