ÇSKA və "Levski"nin sabiq futbolçusu Georgi Georgiyev Bolqarıstanın "Gol.bg" idman portalına müsahibə verib

ÇSKA və "Levski"nin sabiq futbolçusu Georgi Georgiyev Bolqarıstanın "Gol.bg" idman portalına müsahibə verib.

Matc.az xəbər verir ki, veteran futbolçu müsahibəsində rəqib klubların daxili vəziyyətini, struktur problemlərini və transfer siyasətlərini dəyərləndirərkən Azərbaycan təmsilçisini xüsusi nümunə kimi göstərib.

O, ÇSKA-nın rəhbərlik səviyyəsində böyük maliyyə gücünə sahib olmasına baxmayaraq, meydandakı uzunmüddətli və sabit nəticələr üçün məhz Ağdam klubundan örnək götürməli olduğunu vurğulayıb.

Georgiyev klubların uğur qazanması üçün təkcə pulun kifayət etmədiyini, rəhbərlik, məşqçi heyəti və futbolçular arasında yaradılan sabitliyin daha önəmli rol oynadığını bildirib.

"MOİK-nin böyük maliyyə gücü var, lakin "Qarabağ" sabitlik və sistemli inkişaf baxımından hər kəs üçün əsl nümunədir", – deyə Georgiyev "Qarabağ"ın Avropa arenalarındakı ardıcıl uğurlu çıxış mexanizmini ön plana çəkib.

Qeyd edək ki, ÇSKA – "Qarabağ" matçı iyulun 30-da Sofiyada keçiriləcək. Komandaların Bakıdakı ilk görüşü qolsuz heç-heçə ilə nəticələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest