"Fənərbaxça" klubu "Milan" rəhbərliyi ilə keçiriləcək şəxsi görüş zamanı komandanın lideri Rafael Leaunun mümkün transferi ilə bağlı rəsmi təklif irəli sürməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
İtaliya nəhənginin rəhbərliyinin icarə təklifini nəzərdən keçirmək niyyətində olmadığı, qərarın "Milan" klubundan və 27 yaşlı hücumçunun özündən asılı olacağı qeyd edilir.
Daha əvvəl "Milan" öz lideri üçün ən azı 60 milyon avro tələb etdiyi, həmçinin klubun 70 milyon avroluq satınalma öhdəliyi ilə icarə variantına baxa biləcəyi barədə məlumatlar yayılmışdı.
Leaunun "Milan" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 50 milyon avro qiymətləndirir. Rafael ilə İngiltərənin "Tottenhem" klubu da yaxından maraqlanırdı.
Xatırladaq ki, portuqaliyalı futbolçu 2019-cu ilin avqust ayından "Milan" klubunun şərəfini qoruyur. Transfer olunduğu vaxtdan bəri Leau İtaliya klubunun forması ilə 291 matça çıxıb, 80 qol vurub və 65 məhsuldar ötürmə edib.













