27 İyul 2026, 19:25
FUTBOL
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün ikinci yoxlama matçına çıxıb.
Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin "Fatih Karagümrük" klubu ilə qarşılaşıb.
Türkiyə I Liqa təmsilçisi ilə qarşılaşmanın ilk hissəsində hesabı İbrahima Vadji açıb. İkinci hissənin 60-cı dəqiqəsindən sonra Berdıyev az şans qazanan futbolçuları meydana buraxıb.
Rəqib komanda cavab qolunu vurub və qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Tovuz təmsilçisi Türkiyə toplanışı çərçivəsində ilk oyununda İranın U-21 yığması ilə də eyni hesabla bərabərə qalmışdı.













