"Zirə" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxıb. 

Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Estoniyanın "Payde" klubunun qonağı olub.

"Pyarnu Rannastaadion"da keçirilən görüşdə təmsilçimiz minimal hesabla uduzub.

Qeyd edək ki, komandaları arasındakı cavab qarşılaşması iyulun 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
23 iyul

"Payde" – "Zirə" - 1:0
Qollar: 
Pa Abdu Çam, 87
Baş hakim: Roman Jitari
Baş hakimin köməkçiləri: Viktor Mardari, Andrey Bodean
Dördüncü hakim: Andrey Brequta
Pyarnu, "Pyarnu Rannastaadion"

"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Nikita Baranov, 3. Viktor Hüqo, 2. Maykl Lilander, 11. Madu Sohna, 28. Oskar Hölm (k), 10. Martin Miller, 77. Daniel Luts, 19. Siim Luts, 30. Abdurahman Badamosi
Ehtiyat oyunçular: 56. Mattias Sapp, 4. Pedro Andrade, 6. Daniel Kabral, 8. Henrik Ojama, 9. Henri Anyer, 14. Mamadu Jobarte, 16. Aleksandr Suroqin, 17. Pa Abdu Çam, 20. Krostofer Pit, 21. Ramon Smirnov, 24. Rome Niqula
Baş məşqçi: Mika Laurikaynen

"Zirə": 13. Aydın Bayramov, 20. İssa Cibrila, 4. Ruan Renato, 2. Amin Seydiyev, 32. Qismət Alıyev (k), 17. Vierinya, 21. Quima, 11. Martins Junior, 93. İbrahim Konate, 7. Eren Aydın, 9. Davit Volkov
Ehtiyat oyunçular: 72. Hüeynəli Quliyev, 99. Səlim Həşimov, 5. Anje Mutsinzi, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 22. Ayxan Hüseynov, 29. Krismael Diqbeu, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest