"Yuventus" klubu "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzeenin icarəsi ilə bağlı danışıqların son mərhələsinə qədəm qoyub.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı niderlandlı futbolçu 2026/2027 mövsümündə İtaliya komandasında çıxış edəcək. Həmçinin "Yuventus"un oyunçunun transfer hüquqlarını təxminən 20 milyon avroya birdəfəlik satın almaq variantı da olacaq.
Zirkzee 2024-cü ilin iyul ayından "Mançester Yunayted"in şərəfini qoruyur. Zirkzeenin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Geridə qalan mövsümdə hücumçu bütün turnirlərdə 26 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında onun dəyəri 20 milyon avro təşkil edir.













