PSJ və "Yuventus" "Parma"nın qapıçısı Zion Suzuki üçün mübarizəyə qoşulublar.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, PSJ 23 yaşlı yaponiyalı qapıçını gələcək üçün perspektivli investisiya kimi görür, lakin hələlik ona əsas heyət oyunçusu rolunu vəd etməyə hazır deyil.
"Yuventus" isə Suzukini əsas qapıçı mövqeyinə alternativ variant kimi nəzərdən keçirir – Turin təmsilçisi Emiliano Martinesin transferini rəsmiləşdirə bilməsə, yenidən bu namizədliyə qayıdacaq.
Suzukinin özü Turin klubuna keçməkdə maraqlıdır, lakin "Parma" hələlik bu transferə razılıq verməyib.
"Transfermarkt" portalı yaponiyalı qapıçını 30 milyon avro dəyərində qiymətləndirir. O, 2024-cü ilin yayında 7,5 milyon avro qarşılığında "STVV" klubundan "Parma"ya keçib. 2025/26 mövsümündə Zion İtaliya klubunun heyətində 22 oyuna çıxıb, bu matçlarda 30 qol buraxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
23 yaşlı Suzuki dünya çempionatı matçlarında Yaponiya millisinin əsas qapıçısı olub. Komanda 1/16 final mərhələsində Braziliyaya uduzaraq (1:2) mübarizəni dayandırıb.












