27 İyul 2026, 16:52
FUTBOL
"İmişli" heyətini Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.
"İmişli" heyətini Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Y.Senin karyerası ərzində "Abican Siti", "Sportinq"in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın "Şimal" klubunun formasını geyinib.













