Təcrübəli müdafiəçi Premyer Liqanın 8-ci turunun "Keşlə" ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan "Qarabağ" öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.

"Qarabağ" Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley qoluna Bədavi Hüseynov imza atıb.
 
Təcrübəli müdafiəçi Premyer Liqanın 8-ci turunun "Keşlə" ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan "Qarabağ" öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
 
Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad "İnşaatçı"sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixinin ilk qolunun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest