Almaniya III Bundesliqasında XIX tur davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti oyununa çıxıb.

Komanda doğma meydanda "Jvikau" ilə üz-üzə gəlib. Görüş "qartallar"ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rüfət Dadaşov zədə səbəbindən bu qarşılaşmada da iştirak edə bilməyib.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 29 xal olan "Proysen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest