04 Noyabr 2020, 15:47
MPL
Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək.
Matc.az xəbər verir ki, milli komandaların matçları ilə bağlı yaranacaq fasilə ərəfəsində "Zirə" "Sabah"ın qonağı olacaq.
Bu, iki komanda arasında 9-cu matç olacaq. İlk dəfə 2018/19 mövsümündə üz-üzə gələn rəqiblər 8 dəfə qarşılaşıblar. Hesabında 2 qələbə olan "Zirə" 2 dəfə bir xalla kifayətlənib və 4 dəfə uduzub. "Sabah"ın qapısından 9 top keçirən zirəlilər 11 qol buraxıblar.
"Sabah" evdə keçirdiyi üç görüşdən birində qalib gəlib, birində heç-heçə edib və birində uduzub. 6 qol vuran "Zirə" 4 top buraxıb.
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Sabah" – "Zirə" görüşünə saat 16:00-da start veriləcək.