"Qarabağ" özü isə Avroliqadakı 48 komanda arasında qayda pozuntuların sayına görə 3-4-cü pillələri bölüşür. Ağdam təmsilçisi və Avstriya "Rapid"i 3 görüşdə 52 dəfə kobudluq edib. İsveçrə "Yanq Boyz"u birinci (59 "foul"), Çexiya "Slaviya"sı (54 "foul") isə ikinci sırada qərarlaşıb.

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, ilk 3 tur ərzində ən çox qaydanı pozan futbolçuların siyahısında "Qarabağ"ın üzvü Filip Ozobiç də yer alıb.
 
29 yaşlı yarımmüdafiəçi bu göstəriciyə görə ilk iki pilləni bölüşür. Xorvat oyunçu və Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Farçinelli üç oyun ərzində 13 dəfə qaydanı pozub. Ozobiç ardıcıl 3 görüşdə sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və dördüncü turda komandasına kömək edə bilməyəcək.
 
"Qarabağ" özü isə Avroliqadakı 48 komanda arasında qayda pozuntuların sayına görə 3-4-cü pillələri bölüşür. Ağdam təmsilçisi və Avstriya "Rapid"i 3 görüşdə 52 dəfə kobudluq edib. İsveçrə "Yanq Boyz"u birinci (59 "foul"), çexiya "Slaviya"sı (54 "foul") isə ikinci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest