İtaliya və Türkiyə milli komandaları arasında keçiriləcək Millətlər Liqasının növbəti matçında hücumçu Moyze Kenin iştirakı sual altındadır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" telekanalı məlumat yayıb.

Bildirilir ki, "Komo" klubunun və İtaliya yığmasının forvardı milli komandanın düşərgəsində bugünkü məşqi buraxıb. Buna səbəb futbolçunun Fransa ilə heç-heçə (1:1) başa çatan oyunda aldığı zədə olub.

Qeyd edək ki, İtaliya – Türkiyə qarşılaşması bazar ertəsi günü Bolonyadakı "Renato Dall'Ara" stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest