21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əsas milli komandanın sərəncamında olan "Şamaxı" klubunun futbolçusu Edqar Adilxanov U-21 millimizin düşərgəsinə qoşulub.

Gənc yarımmüdafiəçi bundan sonra hazırlıqlarını gənclərdən ibarət yığmanın heyətində davam etdirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest