Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo baş məşqçi Jorje Jezuşla yaşanan münaqişəyə baxmayaraq, gələn il milli komandaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Migel Pereyra "talkSPORT" radiosuna məlumat verib.
Bildirilir ki, ulduz futbolçunun yığmaya geri dönmək istəyi şəxsi hədəfləri ilə bağlıdır.
"O, Portuqaliya millisinin heyətində sonuncu qolunu vurmağı çox istəyir. Hesab edirəm ki, o, mövsümün sonunda yığmanın matçında karyerasındakı 1000-ci qoluna imza atmağa çalışır. Ronaldo "Əl-Nəsr"in heyətində mövsüm ərzində asanlıqla 15-20 qol vuracağını gözləyirdi, lakin o, öz eqosu və milli komandadakı tarixi üçün xüsusi bir vida həmçinin bayram ab-havası yaratmaq niyyətindədir. Mən hələ də bunun baş tutacağını düşünürəm. Çünki hazırda Kriştianonun ətrafı ilə Jezuşun düşərgəsi arasında yenidən əlaqələr qurulur. Portuqaliya Futbol Federasiyası da onun ətrafında yaranan böyük diqqət və ajiotaj səbəbindən bu qayıdışda maraqlıdır. Zənnimcə, Kriştiano gələn ilin sonunda Portuqaliya yığması ilə son döyüşünə çıxmaq üçün geri dönəcək", - mövzu ilə bağlı danışan insayder bildirib.













