Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun "Sabah" - "Zirə" matçının vaxtı müəyyənləşib.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 8-də keçiriləcək.
 
"Bank Respublika Arena"da oynanılacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.
 
Qeyd edək ki, bu günə planlaşdırılan oyun Masazır təmsilçisinin bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest