"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyunu şərh edib.

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik.
 
Oyuna gəlincə, vacib qələbə qazandıq. Bu gün qələbə bizə lazım idi. ötən tur ağır məğlubiyyət aldıq, futbolçuları toparlamaq çətin idi. Birinci hissədə öz imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci yarıda özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik.
 
- "Qarabağ"a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bunun səbəbi nə idi?
- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynadı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. "Qəbələ"nin oyununu təhlil etdikdən sonra bu qərara gəldim.
 
- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Bəli. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest