Sabah Azərbaycan kubokunda 1/4 finalın cavab oyunlarına start veriləcək. Matç.az saytı xəbər verir ki, yarımfinala 4 vəsiqənin iddiaçıları arasında ən az şansa malik komanda "Neftçi"di.

Paytaxt təmsilçisinə səfərdə 2:0 hesabı ilə qalib gələn "Sumqayıt" isə 1/2 finalın bir addımlığındadı. İlk görüşdə qeydə alınan nəticə belə deməyə əsas verir.

çünki Azərbaycan kuboku tarixində belə şey olmayıb ki, evdə 0:2 hesabı ilə uduzan komanda cavab matçında mümkünsüzü reallaşdırsın. 1992-ci ildən keçirilən turnirin tarixində iki oyundan ibarət duellərdə 31 dəfə belə hal qeydə alınıb.

Səfərdəki ilk matçda 2 cavabsız qol vuranla həmişə mərhələ adlayıb. Düzdü, revanş almaq 4 dəfə mümkün olub. Lakin minimal fərqli qələbə mərhələ keçməyə yetərli olmayıb. 3 dəfə isə cavab oyunu sülhlə başa çatıb. Digər 24 oyunda meydan sahiblərinin ikinci qələbəsi qeydə alınıb ki, bunların ikisində texniki hesab olub. Yəni evdə 0:2-yə üzülən komanda cavab matçına yollanmayıb.

Cəmi 2 il öncə "Neftçi"nin özü də bu durumla üzləşib. Həmin vaxt "Qarabağ"la yarımfinalın səfər matçı qolsuz başa çatıb. "Neftçi" yarımfinala adlasa, kubokun tarixində ilki gerçəkləşdirəcək.

Bu cütdə "Neftçi" çıxılmaz vəziyyətdədisə, digər matçlar barədə mülahizə yürütmək çətindi. "Qarabağ" "Keşlə", "Qəbələ" "Sabah", "Zirə" isə "Səbail"lə dueldə eyni durumdadı.

Hər üç matçda birincilər evdə qazandıqları 1:0 hesablı üstünlüyü qorumalıdı. Azərbaycan kuboku tarixində 26 dəfə belə vəziyyət yaranıb.

Bunların 25-də ilk görüşdə qalib gələn komanda sonda mərhələ keçib. Yəni "Qarabağ", "Qəbələ" və "Zirə"nin yarımfinal şansları təxminən 54 faizdi.

Cavab oyununda məğlubiyyətin əvəzini çıxıldığı 21 duel isə "Keşlə", "Sabah" və "Səbail"i ümidləndirir. Hər halda belə nəticələrin 46 faizi onların lehinədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest