Hindistan Super Liqasında qol vurmuş ən cavan oyunçu hesab olunan Qurav Muxi saxtakar çıxıb. Matç.az saytının məlumatına görə, bu barədə Hindistanın "The Telegraph" nəşrinin əməkdaşı Caeş Taxu məlumat verib.

Sənədlərdə saxtakarlıq edən Quravın əslində 16 deyil, 28 yaşı var imiş. Onun xarici görünüşündən daha yaşlı görünməsindən şübhələnən jurnalist məsələni araşdırıb. Yekunda futbolçu özü də günahını etiraf edib.

Qeyd edək ki, "Camşedpur" klubunda çıxış edən Qurav Muxi bu ilin oktyabr ayında qol vuraraq adını Hindistan futbolu tarixinə yazıdrmışdı. Yerli federasiya isə məsələ aydınlaşandan sonra onu 6 ay futboldan uzaqlaşdıraraq həm də gənclər millisindən kənarlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest