"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Sumqayıt"la cavab matçının hazırlığını başa vurub. Matç.az saytının məlumatına görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə oyunöncəsi son məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı hazırlıq prosesində Ruslan Abışov fərdi məşğul olub.

Qeyd edək ki, dekabrın 19-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Neftçi" oyunu saat 19:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest