19 Dekabr 2018, 01:47
FUTBOL
Lionel Messi "Qızıl buts"na qovuşub. Matç.az saytının məlumatına görə, ötən mövsüm İspaniya La Liqasında 34 qol vuraraq bombardir olan "Barselona"nın hücumçusuna mükafatı təqdim olunub.
Argentinalı futbolçu 5-ci dəfə bu mükafata layiq görülüb və bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.
Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.