Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən klublararası dünya çempionatında növbəti oyunlar keçirilib. Matç.az saytı xəbər verir ki, yarımfinalın ilk cütündə, həmçinin 5-ci yer uğrunda qarşılaşmada qalib müəyyənləşib.

Yarımfinal mərhələsi sensasiya ilə başlayıb. BƏƏ-nin təmsilçisi kimi yarışa qatılan "Əl-Əyn" favoritlərdən hesab olunan Argentina "River Pleyt"inə penaltilər seriyasında qalib gəlib.

Asiyalıların finaldakı rəqibi bu gün keçiriləcək digər yarımfinalda bəlli olacaq. Həmin matçda İspaniya "Real"ı ilə Yaponiya "Kaşima"sı görüşəcək.

5-ci yer uğrunda qarşılaşmada da penaltilər seriyası qalibi müəyyənləşdirib. Tunis "Esperans"ı Meksika "Qvadalaxara"sına qalib gəlib.

Klublararası dünya çempionatı
18 dekabr
Yarımfinal

"River Pleyt" (Argentina) – "Əl-Əyn" (BƏƏ) – 2:2, pen.4:5
Borre, 11,16 – Berq, 3, Kalo, 51

5-ci yer uğrunda

"Esperans" (Tunis) – "Qvadalaxara" (Meksika) – 1:1, pen.6:5
Belaili, 38-p. – Sandoval, 5-p.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest